Azərbaycan İstiqlal Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin tələbələri, Prezident Qvardiyası və Daxili İşlər Nazirliyi Daxili Qoşunların əsgərləri iştirak ediblər.
Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən muzeyin direktoru Fəridə Şəmsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tarixindən danışıb və bu müstəqilliyin daha da möhkəmləndirilməsində gənc nəslin rolunu vurğulayıb.
Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov isə mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, ölkəmizin Əsas Qanununun qəbul edilməsindən ötən 18 il müddətində həyatımızın bütün sahələrində qazanılmış uğurlar ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir.
Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədovanın təqdim etdiyi slayd-şouda Azərbaycan bayrağı və Konstitusiyası haqqında ən vacib məlumatlar diqqətə çatdırılıb.
Tədbir iştirakçıları bayraq və Konstitusiya ilə bağlı muzey işçiləri tərəfindən təqdim olunmuş test tapşırıqlarını da yerinə yetiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar