Noyabrın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Buzovna qəsəbəsindəki 4 nömrəli uşaq incəsənət məktəbinin yeni korpusunun açılışı və dahi bəstəkar Qara Qarayevin 95 illiyinə həsr edilmiş konsert olub.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bir sıra mədəniyyət müəssisələrində bərpa və yenidənqurma işlərinin aparıldığını, mədəniyyət ocaqlarının maddi-texniki bazasının getdikcə müasirləşdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Rauf Əliyev məktəbin kollektivini yeni korpusun istifadəyə verilməsi münasibətilə təbrik edərək ölkəmizdə təhsilin və mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə bu sahənin inkişafı istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. İlk musiqi təhsili verən tədris ocaqlarının yenidən qurulmasına görə dövlət başçısına minnətdarlıq ifadə olunub.
Sonra qonaqlar yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar. Burada sinif otaqları, inzibati və yardımçı otaqlar, həmçinin 140 yerlik konsert zalı yüksək standartlar səviyyəsində inşa olunaraq musiqi alətləri, əyani vəsait və digər zəruri avadanlıqla təchiz olunub.
Məktəblə tanışlıqdan sonra dahi bəstəkar Qara Qarayevin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Konsertdə 4 nömrəli uşaq incəsənət və 24 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri bəstəkarın əsərlərini ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar