Noyabrın 22-də M.F.Axundzadə adına Milli Kitabxanada Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası birgə dəyirmi masa keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdirləri iştirak edirdilər.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov tədbiri açaraq Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” barədə ətraflı məlumat verdi. Tədbirin Milli Fəaliyyət Planının icrası ilə bağlı təşkil edildiyi diqqətə çatdırıldı.
Sonra Ramazan Şabanov “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanundan irəli gələn vəzifələr mövzusunda məruzə ilə çıxış etdi.
Dəyirmi masada Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktor müavini Nəzakət Rəhmanova “Müstəqil və hüquqi dövlət quruculuğunda azərbaycançılığın rolu. Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzi kimi tətbiqi”, Mərkəzin İnformasiya kommunikasiya və elmi təminat şöbəsinin müdiri Ruhiyyə Məmmədova “İnformasiya cəmiyyətində informasiya mədəniyyətinin rolu”, Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Mürtəza Həsənov “Korrupsiyaya qarşı mübarizə və Azərbaycanda atılan addımlar” mövzularında məruzələri də dinlənildi.
Məruzələrdən sonra müzakirələr aparıldı, nazirliyin sektor müdirlərinin mövzu ilə bağlı qeyd və mülahizələri səsləndi.

Lalə Azəri








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar