Beynəlxalq elmi konfrans maraqlı məruzələrlə yadda qaldı

Xəbər verdiyimiz kimi, 28-29 noyabr tarixində Bakıda “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbir ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu. Konfransa Belarus, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan alimlər, yazıçılar qatılmışdılar.
Konfransın ikinci günündə fəlsəfə elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, UNESCO-nun eksperti Nizami Məmmədov “Davamlı inkişaf mədəniyyəti - yeni humanizm” mövzusunda çıxış etdi. Rusiyanın UNESCO işləri üzrə komissiyasının məsul katibi Qriqori Orconikidze “Mədəniyyətlərarası dialoq - davamlı inkişaf” mövzusunda danışdı.
Tədbirdə həmçinin “Mədəniyyətin və sosial strukturun qarşılıqlı əlaqəsi problemi”, “Mədəniyyət fenomen və struktur kimi və onun davamlı inkişafın təmin olunmasında rolu”, “Qloballaşma prosesinin müasir növ kommunikasiyalara təsiri”, “Sosial harmoniyanın təşəkkülündə ali mənəvi-etik və bədii-estetik dəyərlərin yeri”, “Davamlı inkişaf yolunun Yaponiya modeli”, “Yaşıl iqtisadiyyat davamlı inkişaf mədəniyyətinin əsası kimi”, “Mədəniyyət kontekstində davamlı inkişafın aspektləri, “Arxaik mədəniyyətlərdə sosial harmoniyanın estetik təzahürləri” və s. mövzularda çıxışlar dinlənildi.
Sonda konfransın növbəti ildə “Davamlı inkişafda milli dəyərlərin rolu” adı ilə keçirilməsi haqqında qərar qəbul olundu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar