Ölkə başçısı İlham Əliyevin 28 avqust 2013-cü il tarixi sərəncamı ilə görkəmli rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayev silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Noyabrın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri diplomu Vaqif Mustafayevə təqdim etdi. Rejissoru təbrik edən nazir bildirdi ki, ölkə Prezidenti tərəfindən təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.
Mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən nazir son illər Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini, Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğ olunduğunu dedi.
Vaqif Mustafayevin yaratdığı filmlərin böyük rəğbətlə qarşılandığını söyləyən Əbülfəs Qarayev kinorejissorun ərsəyə gətirdiyi ekran əsərlərinin Avropa kinofilmləri ilə müqayisə olunduğunu qeyd etdi. Əbülfəs Qarayev rejissorun rəhbərlik etdiyi “Space” telekanalı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında sıx əməkdaşlıq qurulduğunu, mədəniyyət sahəsində birgə layihələrin həyata keçirildiyini də diqqətə çatdırdı.
Öz növbəsində Vaqif Mustafayev ona göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək mədəniyyət, incəsənət sahəsində çalışanlara belə mükafatların təqdim edilməsinin onların əməyinə verilən ən böyük qiymət olduğunu vurğuladı.
Fəxri diplomun nazir tərəfindən ona təqdim edilməsinin çox xoş olduğunu deyən Vaqif Mustafayev kino sənətimizin inkişafı və dünyada tanınması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirdi, bu fəaliyyətin gələcəkdə uğurla davam etdirilməsini arzuladı.

Sadiq







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar