Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin təsis edilməsinin 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ölkəmizin Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, diaspor təmsilçilərimiz, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Evi”nin nümayəndəsi Fəridə Pənahova fəaliyyətləri barədə məlumat verərək bildirib ki, Britaniyada yaşayan, təhsil alan həmvətənlərimizin təşəbbüsü ilə təsis edilən bu dostluq və mədəniyyət evində Azərbaycanla bağlı müxtəlif tədbirlər, sərgilər keçirilir.
“Azərbaycan Evi”nin icraçı direktoru, doktor Əli Təkin Atalar Londondakı səfirliyimizə və dostluq evinin fəaliyyətinə kömək göstərən həmvətənlərimizə minnətdarlığını bildirib.
Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov çıxışında bildirib ki, ötən beş ildə “Azərbaycan Evi” uğurlu yol keçib. Diplomat “Azərbaycan Evi”nin Britaniyada yaşayan həmvətənlərimizi bir araya gətirmək, ölkəmizin mədəniyyətini, adət-ənənələrini Britaniya ictimaiyyətinə çatdırmağın mühüm rolunu vurğulayıb. Böyük Britaniya ilə Azərbaycanın münasibətlərinin ildən-ilə genişləndiyini deyən səfir “Azərbaycan Evi” kimi təşkilatların sayının artırılmasının vacibliyini qeyd edib.
“Azərbaycan Evi” tərəfindən səfir Fəxrəddin Qurbanova və bu mədəniyyət evinin fəaliyyətində yaxından kömək göstərən daha bir neçə həmvətənimizə dostluq simvolu olan xatirə hədiyyələri təqdim edilib.
Tədbirdə gənc rəssam Kəbirə Əliyevanın əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Qonaqlar milli mətbəximizin ləziz təamlarından dadıblar.
Sonda Gefri Verbok, Nəzrin Rəşidova, Ayan Salahova, Fərhad Nishat, Babək Bəhtəvərin ifasında konsert proqramı təqdim edilib, milli musiqimizdən və bəstəkar əsərlərindən nümunələr səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar