“UNESCO-nun “Qeyri-maddi mədəni irs Siyahısı”na salınması üçün Novruz bayramını Azərbaycan və Türkiyə birlikdə təklif etmişdi. Gələcəkdə siyahıya təklif edə biləcəyimiz Molla Nəsrəddin və Koroğlu kimi ortaq dəyərlərimiz var”.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasının iştirakçısı, UNESCO üzrə Türkiyənin Milli Komissiyasının Qeyri-maddi mədəni irs komitəsi sədrinin katibi Metin Ekici deyib.
O, nəzərə çatdırıb ki, ortaq qeyri-maddi mədəni irs nümunələrimizi qoruyub-saxlamaq, gələcək nəslə çatdırmaq, öz kimliyimizi tanıtmaq baxımından belə tədbirlər vacibdir.
Türkiyə təmsilçisi belə bir mötəbər tədbirə uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Metin Ekici bir ay əvvəl Azərbaycan paytaxtında keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini söyləyərək deyib ki, belə tədbirlər beynəlxalq səviyyədə Azərbaycanın tanıdılması istiqamətində uğurlu addımların atıldığını göstərir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar