Sənubər Bağırova,
sənətşünaslıq namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti

- Azərbaycanda belə bir tədbirin keçirilməsi böyük hadisədir. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası”nın 10 illik yubileyində bu qədər ölkələrin nümayəndələrinin Bakıda bir araya gəlməsi sevindirici haldır. Biz bu hadisəyə çox böyük önəm veririk. Sessiyada müzakirələr işgüzar şəkildə aparılır. Azərbaycanda keçirilən bu tədbir çox yüksək səviyyədə təşkil edilib. Çox sevinirəm ki, ölkəmizin beynəlxalq nüfuzu, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri sayəsində bu gün bu təşkilatı ölkəmizdə qonaq edirik. O insanlarla ki, mən illər boyu Parisdə və digər ölkələrdə görüşürəm onlar mənə yaxınlaşıb deyirlər ki, sizin nə gözəl şəhəriniz və təşkilatçılığınız var. Bütün qonaqlar tədbirin gedişatından və təşkilindən olduqca razıdırlar və sözsüz ki, bütün bunlar bir azərbaycanlı olaraq məni çox sevindirir.
Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar