Dekabrın 2-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsindəki 3 saylı internat evində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi.

Mərkəzin mədəni irs şöbəsinin müdiri Cabbar Süleymanov tədbiri açaraq ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan danışdı. Bu insanların özlərini tənha hiss etməməsi üçün belə görüşlərin əhəmiyyətini qeyd etdi.
İnternat evinin direktoru Pərvanə Hacıyeva binanın əsaslı təmir olunduğunu, müasir avadanlıqlarla təchiz edildiyini, əlillərin rahatlığı üçün hər cür şərait yaradıldığını vurğuladı. Tədbir iştirakçıları internat sakinlərini toxuma, tikmə, rəsmlərdən ibarət əl işlərinin sərgisinə baxdılar. Musiqili əyləncəli proqram, illüzionist və klounların rəngarəng çıxışları uşaqlarda xoş ovqat yaratdı, onlara bir dünya sevinc bəxş etdi.
Tədbirin fəal iştirakçılarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı, bir qrup uşağa hədiyyələr təqdim olundu.

Nadir Məmmədov








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar