Dekabrın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin 90 illik yubileyinə həsr olunmuş “Milli mədəniyyətin inkişafında ADMİU-nun prioritet mövqeyi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Universitetin rektoru, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Ölkə Prezidentinin “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 1 mart tarixli sərəncamının əhəmiyyətini vurğulayan rektor ali məktəbin inkişaf mərhələlərindən, qazanılan nailiyyətlərdən danışıb. Professor T.Əfəndiyev, eyni zamanda, universitetdə çalışmış görkəmli alim və sənətkarların mədəniyyətin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru, professor Rafiq Sadıqov “ADMİU-nun inkişaf tarixi” mövzusunda məruzə edib. Professorlar Aqşin Babayev, Məryəm Əlizadə və digər alimlərin də məruzələri dinlənilib. Məruzəçi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, təhsil müəssisəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra “Nəzəri təhsil: intellekt və təcrübə”, “Bədii təhsildə istedad meyarı”, “Musiqi təhsilində yaradıcılıq ənənələri və müasirlik”, “Milli rəssamlığın estetik problemləri və tədris istiqamətləri” mövzuları üzrə bölmə iclasları olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar