Dekabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris Teatrında ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar mərasim keçirilib.
Tədbirdə ulu öndər haqqında sənədli film nümayiş olunub, Heydər Əliyevin dövlət və mədəniyyət tariximizdə möhtəşəm fəaliyyətindən söz açılıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev qədim və zəngin Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi olub. Bu dahi şəxsiyyət incəsənətimizin bütün sahələrindən dövlətçilik siyasətində qüdrətli vasitə kimi istifadə edib. “Nə qədər ki, Azərbaycan var, o qədər də Heydər Əliyev olacaq!” fikri səhnə xadimlərinin ümummilli liderə məhəbbətlə yaratdıqları bədii-fəlsəfi kompozisiyanın leytmotivi kimi səslənib. Tədbirdə ulu öndərin sevdiyi şeirlər və mahnılar, ona həsr olunmuş əsərlər səslənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar