Dekabrın 11-də Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anma tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev mərasimi ümummilli liderin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözləri ilə açaraq Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, bütün sahələrdə olduğu kimi, milli mədəniyyətimizin inkişafı istiqamətində də misilsiz xidmətlər göstərib, zəngin mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzsiz rol oynayıb. Dahi rəhbər mədəniyyəti xalqın böyük sərvəti adlandırır, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edirdi.
Fərhad Babayev vurğulayıb ki, Heydər Əliyevin qurucusu olduğu mədəniyyət ocaqları sırasında ölkənin mərkəzi konsert salonuna xüsusi sevgisi vardı: “Dövlət işlərinin çox olmasına baxmayaraq, saraya gəlir, qurultaylarda, konfranslarda, yubileylərdə iştirak edirdi, onun dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Həmişə tədbirin sonunda səhnə arxasında sənətçilərlə görüşüb fikirlərini paylaşardı. Böyük fəxr hissi ilə deyirik ki, bu gün ölkəmizdə təşkil edilən yerli və beynəlxalq tədbirlər, konsertlər, festivallar ulu öndərin rəhbərliyi ilə yaradılmış mədəniyyət ocaqlarında keçirilir. Bu gün Azərbaycan mədəniyyətinin nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır”.
Mərasimdə digər çıxış edənlər ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, ölkəmizin inkişafı və tərəqqisi naminə gərgin əməyindən söz açıblar.
Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Fəxri xiyabana gedərək ümummilli liderin məzarını ziyarət edib, məzarı önünə tər çiçəklər düzüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar