Dekabrın 11-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri, idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə YAP Binəqədi rayon təşkilatının inzibati binasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr edilmiş kitablara baxış keçirilib. Mərkəzin əməkdaşı nəşr olunmuş kitablar haqqında məlumat verib. Tədbir rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “Nurlu ömrün anları” bədii kompozisiyasının nümayişi ilə davam etdirilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar