Qazaxıstanın Aktau şəhərində Azərbaycan baş konsulluğunun və şəhər akimliyinin (meriya) təşkilatçılığı ilə dahi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib.
Tədbir Aktauda fəaliyyət göstərən “Dostluq” Azərbaycan Milli Mədəni Mərkəzi və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetindəki “Azərbaycan Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzi” tərəfindən təşkil edilib.
Aktauda “Abay” mədəniyyət evində keçirilən tədbirdə baş konsul Rəşad Məmmədov çıxış edərək Nizami Gəncəvinin həyatı və zəngin ədəbi yaradıcılığı haqqında məlumat verib.
Aktau şəhərinin akimi Edil Janbırşin Qazaxıstanda yaşayan xalqlarla bağlı aparılan siyasət, bu istiqamətdə həyata keçirilən dövlət proqramları haqqında danışıb.
Azərbaycan Respublikasının Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzinin rəhbəri Yusif Quliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Vəfa Hacıyeva tədbirin əhəmiyyətini vurğulayıb, böyük şairin yaradıcılığından söz açıblar.
Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Nizami Gəncəvinin şeirlərini söyləyiblər. Sonda “Azərbaycanfilm”in istehsalı olan, SSRİ Xalq artisti Müslüm Maqomayevin baş rolu oynadığı “Nizami”(1982) filmi nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar