Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Moskvada kurslarda iştirak ediblər

18-24 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin Kadrlar şöbəsinin müdir müavini Yusif Səfərov, Elmi-metodiki sektorun müdiri Asif Usubəliyev, Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Kitabxana sektorunun aparıcı məsləhətçisi Əfsun Əhmədov və Təhsil sektorunun məsləhətçisi Vüqar Baxışov M.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil olunan "Mədəniyyət sahəsində idarəetmə və siyasət" adlı kurslarda iştirak ediblər.
Kurslar çərçivəsində Rusiya Prezidentinin xarici mədəniyyət əməkdaşlığı üzrə xüsusi səlahiyyətli nümayəndəsi Mixail Şvıdkoy, Rusiya mədəniyyət nazirinin müavini Qriqoriy İvliyev, Ali Teatr İnstitutunun rektoru Boris Lyubimıy və digər rəsmi şəxslər ilə görüşlər təşkil olunub. Nazirliyin əməkdaşları Rusiya mədəniyyət müəssisələrinin, o cümlədən Moskva Dövlət Universitet Mərkəzi Fundamental Kitabxanası, "Böyük teatr", A.Baxruşin adına Mərkəzi Teatr Muzeyi və digər müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.
Görüş və mühazirələr çərçivəsində aparılmış fikir mübadiləsi zamanı nazirliyin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin əsas prioritetləri haqqında ətraflı məlumat verib. Öz növbəsində Rusiya rəsmiləri mədəniyyətlərarası dialoq və multikulturalizm kimi ümumbəşəri dəyərlərin dünyada təbliği sayəsində ölkəmizin oynadığı rolu xüsusi vurğulayıblar. Rusiya Prezidentinin xüsusi səlahiyyətli nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, sülhə və qarşılıqlı anlaşmaya çağıran mədəniyyətlərarası dialoq kimi prinsiplərin təbliğində Azərbaycanın rolu danılmazdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar