1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb. Bu faciədən illər ötsə də, xalqımız Qanlı Yanvar gecəsini heç vaxt unutmayacaq. Həmin gecə həlak olan Azərbaycanın vətənpərvər övladları xalqımızın tarixində əbədi iz qoyaraq şəhidlik zirvəsinə ucalıblar.
Yanvarın 17-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Qara Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhəri 190, 31, 20, 8, 7 saylı orta məktəblərin şagirdləri kompozisiyalarla çıxışlar ediblər.
Sonra iştirakçılar muzeyin ekspozisiyasında olan Qarabağ xalçaları ilə, muzeyin uşaq şöbəsində hazırlanmış “Rəsmlərdə canlanan tarix” adlı sərgidə məktəblilərin Qarabağ faciəsinə həsr olunmuş rəsmləri ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar