Fevralın 6-da paytaxtın Nərimanov rayonunda, Həsənoğlu küçəsi 4 ünvanında müasir arxitekturada işıqlandırmaya xüsusi önəm verən memarlar, dizaynerlər və paytaxt sakinləri üçün maraqlı olacaq yeni məkan - sərgi-mağaza açıldı.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Kutillo, tanınmış memarlar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
İtaliyanın məşhur “Viabizzuno” şirkəti və Azərbaycanın “Yeni Memar” şirkətinin birgə təşəbbüsü ilə açılan sərgi-mağazada ən müasir işıqlandırma sistemləri, onların memarlıq həlli, böyük kataloqlar müştərilərə təqdim olunur. Buraya daxil olan hər kəs elə o andaca işıqların memarlıqla sintezini yaradan sehrli aləmə düşür. Tədbiri “Yeni Memar” şirkətinin baş direktoru İlqar Xankişizadə açaraq belə bir məkanı açmaqda məqsədlərinin müasirləşən Bakıda arxitektura ilə işıqlandırmanın sintezini yaratmaq olduğunu bildirdi: “Biz uzun müddətdir ki, “Viabizzuno” şirkəti ilə əməkdaşlıq edirik. Heydər Əliyev Mərkəzinin daxili işıqlandırılmasının qurulmasında, bir çox tikililərin interyer və eksteryer dizaynında bu şirkətin məhsullarından istifadə etmişik. Bu uğurlu əməkdaşlıq bizi Bakıda sərgi-mağaza açmağa sövq etdi. Ümid edirik ki, müştərilərimiz də bu işbirliyindən razı qalacaqlar”.
“Viabizzuno” şirkətinin ixrac məsələləri üzrə meneceri Danilo Mandelli Bakıda fəaliyyətə başlamalarından məmnunluğunu ifadə etdi və şirkət haqqında slayd-şou vasitəsilə ətraflı məlumat verdi. Qeyd etdi ki, 70-dən çox ölkədə fəaliyyət göstərən şirkətin ana fəlsəfəsi işıqlandırmada ən müasir və kreativ dizayn həllini tapmaq, interyer və eksteryerdə uğurlu tətbiqini həyata keçirməkdir.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar