Fevralın 12-də Londonun Viktoriya və Albert Muzeyində müasir Azərbaycan incəsənəti haqqında mühazirə keçiriləcək.

“YARAT” Müasir İncəsənət Məkanından bildiriblər ki, “Jameel Prize-3” sərgisi çərçivəsində təşkil olunacaq mühazirədə “Jameel” mükafatı namizədi olan gənc azərbaycanlı rəssam Faiq Əhməd və müvafiq sahənin ekspertləri iştirak edəcəklər.
Ötən il dekabrın 11-də açılan “Jameel Prize-3” sərgisi aprelin 21-dək Viktoriya və Albert Muzeyində davam edəcək.
Azərbaycan incəsənəti ilə bağlı müzakirələrdə Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələrinin incəsənəti sahəsində ixtisaslaşan kurator Suad Qarayeva və müstəqil kurator, Yaxın Şərq, İran və Qafqaz ölkələrinin incəsənəti üzrə məsləhətçi Dina Naseri-Xadivi iştirak edəcəklər.
Müzakirələrdə ekspertlər region incəsənətinin inkişaf edən maddi-texniki bazası və getdikcə artan incəsənət layihələrinin sayı haqqında fikirlərini bölüşəcəklər.
Faiq Əhməd Azərbaycan xalçalarının mahiyyətcə yeni strukturunu və təməl prinsiplərini formalaşdıran gənc rəssamdır. O, Azərbaycan mədəniyyətinin dəstəklənməsi sahəsində fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Məkanı ilə əməkdaşlıq edir. “YARAT”-ın dəstəyi ilə Faiq Əhməd keçən il 55-ci Venesiya Biennalesində və “Love me, love me not” sərgisində iştirak edib.

Qeyd edək ki, Viktoriya və Albert Muzeyi Azərbaycan xalqının qədim və nadir sənət nümunələrinin saxlandığı məkanlardan biridir. Muzeyin Yaxın Şərq bölməsində saxlanılan xalq sənəti nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Burada XVI əsrə aid Təbriz xalçaları, XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları yer alıb. Bu xalça nümunələri arasında 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və dünyada "Şeyx Səfi" adı ilə məşhur olan xalçanı xüsusi qeyd etmək lazımdır. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar