Daşkənddəki “İnternasional“ hotelində “Xalqların milli geyimləri, məişət əşyaları, şirniyyat və suvenirlər” mövzusunda sərgi keçirilmişdir. Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) fəaliyyət göstərən əl işləri və naxış-tikmə dərnəyinin üzvləri “Azərbaycanı sevək və tanıdaq” mövzusunda stendlə iştirak ediblər.
Sərgidə Azərbaycanın müxtəlif rəngli və ölçülü muncuqlardan hazırlanmış dövlət bayrağı, gerbi, buta və buta üslubunda hazırlanmış sırğalar, müxtəlif suvenirlər və digər əl işləri sərgiyə gələnlərin diqqətini cəlb edib.
Azərbaycan guşəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli kulinariyamız, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, AMM-in Daşkənddə buraxdığı disklər və digər materiallar da nümayiş etdirilib.
Əl işləri və naxış-tikmə dərnəyinin rəhbəri Dildora Şaraxmedova bildirib ki, biz bundan sonra müntəzəm olaraq belə tədbirlərdə iştirak edəcəyik. Belə sərgilər vasitəsilə Azərbaycanı tanıtmaq, onu təbliğ etmək və sevdirmək isə bizim bir nömrəli vəzifəmiz olmalıdır.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar