Fevralın 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıqdan söz açılıb. Qeyd edək ki, Bolqarıstanda turizm sektoruna İqtisadiyyat və Energetika Nazirliyi cavabdehdir.
Söhbət zamanı ikitərəfli turizm əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, infoturların təşkili və digər məsələlər müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan və Bolqarıstan prezidentlərinin məqsədyönlü və uğurlu siyasətləri nəticəsində iki ölkə arasında formalaşmış əməkdaşlıq turizm sahəsində də perspektivli layihələrin həyata keçirilməsinə imkanlar açıb. Gələcəkdə turizm sahəsində yeni sazişin imzalanması və onun detalları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Maya Hristova, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar