Mədəniyyət və turizm naziri Macarıstan, Braziliya və Türkiyə səfirlərini qəbul edib

Fevralın 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstan Respublikasının Azərbaycandakı səfiri Jolt Çutora, Braziliya Federativ Respublikasının səfiri Santiago Luis Bento Fernandez Alkazar və Türkiyənin ölkəmizdəki böyükelçisi Alper Çoşkun ilə görüşüb.

Azərbaycanda Macarıstan musiqisinin təbliği

Görüş zamanı Macarıstan səfiri Jolt Çutora ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini bildirib, Macarıstan musiqi nümunələrinin ölkəmizdə tanınması istiqamətində yeni layihələr həyata keçirməyi təklif edib.
Yaxın gələcəkdə macar musiqi kollektivlərinin Azərbaycanda çıxışı müzakirə edilib. Nazir Əbülfəs Qarayev məsələ ilə bağlı müvafiq dəstək göstəriləcəyini qeyd edərək Macarıstanda da Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Braziliya ilə kino, turizm, kitab işi sahəsində əməkdaşlıq

Nazir Braziliya səfiri ilə görüşündə Azərbaycanın bu ölkə ilə əlaqələrinin inkişaf etdiyini və bu əlaqələrin mədəniyyət və turizm sahəsində gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Səfir Santiago Luis Bento Fernandez Alkazar nazirlə həmfikir olduğunu bildirərək, kino, turizm, kitab işi sahələrində birgə əməkdaşlıq istiqamətində konkret tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq müqavilələrinin imzalanması imkanlarının araşdırılması qərara alınıb.

Payızda Türkiyə mədəniyyəti həftəsi keçiriləcək

Türkiyə səfiri Alper Çoşkun ilə görüşdə qardaş ölkənin Azərbaycanla bütün sahələrdə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub. Bu prosesin mədəniyyət və turizm sahəsində də özünü göstərdiyi, əməkdaşlığın dərinləşdiyi bildirilib.
Nazir iki qardaş xalq arasında mədəniyyət sahəsində silsilə tədbirlərin bundan sonra da davamlı olacağını diqqətə çatdırıb.
Səfir Alper Çoşkun nazirin fikirlərini təqdir etdiyini bildirərək, silsilə tədbirlər çərçivəsində bu ilin payızında ölkəmizdə Türkiyə mədəniyyəti həftəsinin keçirilməsinin planlaşdırıldığını deyib.
Görüşdə həmçinin mədəniyyət, turizm, kino sahələrində birgə layihələrin reallaşdırılması məqsədilə nazirliyin əməkdaşları ilə səfirliyin nümayəndələri arasında mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar