Fevralın 20-də Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi arasında növbəti üç il müddətinə sahə sazişi imzalanıb.
Bu münasibətlə gənclər və idman naziri Azad Rəhimov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarovanı, qurumun aparat rəhbəri Mirzə Əlibəyovu və beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidovu qəbul edib. Görüş zamanı nazirlik və Respublika Komitəsi arasında görülən və görüləcək işlərdən söz açılıb. Sonra 2014-2016-ci illər üzrə sahə sazişi imzalanıb. MİHİ RK-nın sədri Cəmilə Səttarova nazir Azad Rəhimova “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi” döş nişanını təqdim edib.
Sonra 2009-2012-ci illəri əhatə edən sahə sazişinin həyata keçirilməsində göstərdikləri fəallığa görə nazirliyin bir sıra əməkdaşının mükafatlandırılması mərasimi keçirilib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mükafatlara görə minnətdarlıq edərək bildirib ki, Həmkarlar İttifaqı həmişə qurum üzvlərinin qayğısına qalıb, onların hüquq və mənafelərini müdafiə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar