Fevralın 25-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Xocalı unudulmur” adlı tədbir keçirildi. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Mərasimdə çıxış edən muzeyin Şuşa filialının bələdçisi Mehin İsmayılova Qarabağ xalçalarının təbliğindən və bu məqsədlə təşkil olunan tədbirlərdən danışdı. Bildirdi ki, Azərbaycan mədəniyyətində böyük yer tutan xalçaçılıq sənəti Qarabağda da özünün yüksək inkişaf mərhələsində olub. Düşmən bütün sahələrdə olduğu kimi, bizim xalçalarımızı öz adına çıxmağa cəhdlər göstərir.
Tədbirdə Azərbaycan Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri olan Bakı şəhəri 24 saylı orta məktəbin şagirdləri Xocalı soyqırımına həsr olunmuş kompozisiyalarla çıxış etdilər. Tar, kamança və pianonun müşayiəti ilə şeir, mahnı və hekayələr söylədilər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar