Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə son görüşündə mühüm məsələlər barədə danışıldığını qeyd edib, ölkə başçısının İSESCO ilə Azərbaycan arasında əməkdaşlığa mühüm önəm verməsindən məmnunluğunu bildirib.
Nazir Əbülfəs Qarayev yanvar ayında Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam ölkələri nazirlərinin 8-ci konfransında iştirak etdiyini xatırladaraq müsəlman ölkələri arasında çoxşaxəli əməkdaşlığın İSESCO-nun fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıb. Bu xüsusda mədəniyyət sahəsində strateji proqram və layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşün sonunda bu ilin mayında Bakıda İSESCO ilə birlikdə mədəniyyətlərarası dialoqa xidmət edəcək layihələrin reallaşdırılması barədə razılığa gəlinib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar