Fevralın 22-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin akt zalında Xocalı soyqırımının ildönümü ilə əlaqədar uşaq musiqi və incəsənət məktəblərinin Direktorlar Şurası “Qarabağ fəryadı” adlı tədbir keçirib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir iştirakçılarına məktəbin foyesində Xocalı faciəsini əks etdirən fotosərgi, soyqırımına dair videoçarx nümayiş olunub. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səslənib, bədii kompozisiyalar təqdim edilib.

* * *
Xətai rayon Mədəniyyət mərkəzi fevralın 21-də 249 saylı orta məktəbdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Xalq teatrının və R.Babayev adına 25 saylı 11 illik musiqi məktəbi kamança sinfinin şagirdinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş bədii kompozisiya təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar