Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq XX əsrdə Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı haqqında danışıb. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Xocalı faciəsini xalqımızın başına gətirilən ən qəddar soyqırımı aktı adlandıraraq, torpaqlarımız uğrunda tökülən qanların yerdə qalmayacağına əminliyini vurğulayıb.
Anım mərasimində teatrın yaradıcı heyəti ilə yanaşı, Azərbaycan İctimai-Siyasi Universitetinin tələbə və müəllim kollektivi də iştirak edib. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Qeyd olunub ki, tariximizə qanlı hərflərlə yazılmış 20 Yanvar, 26 Fevral, 31 Mart və digər günlər yalnız həmin tarix ərəfəsində deyil, bütün ilboyu yad olunmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar