Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, diplomatik təmsilçiliklərimizin iştirakı ilə çoxsaylı tədbirlər, anım mərasimləri keçirildi. Hər il olduğu kimi, bu dəfə də ən genişmiqyaslı tədbirlər qardaş Türkiyədə gerçəkləşdi. Soyqırımı qurbanlarının anım mərasimlərindən biri də Qazi Universitetində təşkil olunmuşdu.
Universitetdə keçirilən “Sönməyən atəş - Xocalı” adlı konfrans rektor Süleyman Büyükberber, Giresun Universitetinin rektoru, həmvətənimiz Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək Xocalı soyqırımından, ermənilərin zaman-zaman ölkəmizə qarşı həyata keçirdikləri təcavüzdən danışıblar.
Çıxışlardan sonra Qazi Universitetinin incəsənət fakültəsi tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Filmdə Xocalı soyqırımı qurbanlarının yaxınlarından alınan müsahibələr və Qubada XX əsrin əvvəllərində soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilən qırğınlarla bağlı həqiqətlər yer alıb.
Universitetin həyətində Xocalı soyqırımından bəhs edən sərgi, Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin təşkil etdiyi fləşmob - canlı “Xocalı” yazısı bu faciənin iki qardaş xalqın qəlbində əbədi yaşadığını bir daha nümayiş etdirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar