Martın 4-də Abdulla Şaiqin mənzil-muzeyində ədibin anadan olmasının 133 illiyinə və oğlu, görkəmli elm və mədəniyyət xadimi, akademik Kamal Talıbzadənin 90 illik yubileyinə həsr olunmuş “Şaiq irsinin layiqli davamçısı” adlı xatirə tədbiri keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, mədəniyyət və elm xadimləri, A.Şaiq adına 54 saylı şəhər orta məktəbin şagirdləri iştirak edirdi.
Tədbiri muzeyin direktoru Ülkər Talıbzadə açaraq bildirdi ki, bu iki görkəmli şəxsiyyətin xatirə tədbirinin eyni günə salınması səbəbsiz deyil. Kamal Talıbzadə həmişə deyərdi ki, “məni atamdan ayırmayın...”
Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov çıxış edərək Abdulla Şaiqin böyük maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq və tərcüməçi olduğunu bildirdi: “Kamal Talıbzadə isə görkəmli alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı və qabaqcıl maarif xadimi olub. Onlar xalqımızın elə ziyalılarından olublar ki, yerləri hər zaman görünür. Yaradıcılıqları və gerçək əməlləri bugünkü və gələcək nəsillər üçün örnəkdir”.
Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov akademik Kamal Talıbzadə ilə bağlı xatirələrini danışdı, yenicə çapdan çıxmış “Xatirələrlə davam edən dostluq” kitabını tədbir iştirakçılarına təqdim etdi.
Daha sonra professorlar Alxan Bayramoğlu, Vaqif Yusifli və başqa çıxış edənlər də görkəmli alimlə bağlı xatirələrini bölüşdülər.
Tədbirdə görkəmli alimin həyat və yaradıcılığı ilə bağlı slayd-şou göstərildi. A.Şaiq adına 54 saylı şəhər orta məktəbin şagirdlərinin ifasında ədibin “Ata öyüdü”, “Canlı Dərbənd çiçəyi”, “Gözəllik qocalmır” şeirləri səsləndirildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar