Bakıda Taras Şevçenkonun 200 illiyi qeyd edilib

Martın 9-da Ukraynanın görkəmli şairi, yazıçı, mütəfəkkir və rəssam Taras Şevçenkonun anadan olmasının 200 illiyi ilə əlaqədar onun Bakıdakı abidəsi önündə tədbir keçirilib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko mərasimə toplaşanlara minnətdarlığını bildirərək deyib ki, Taras Şevçenko Ukrayna xalqının ədəbiyyatında və tarixində böyük rol oynayıb. Diplomat Azərbaycanla Ukrayna arasında əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin ildən-ilə möhkəmləndiyini, ölkəmizdə Taras Şevçenkonun yaradıcılığına böyük ehtiram bəsləndiyini məmnunluqla qeyd edib.
Azərbaycandakı T.Şevçenko adına Ukrayna İcması Şurasının sədri Andrey Zareçnı bildirib ki, böyük şairin şeirləri və “Kobzar” poetik toplusu bu gün də öz aktuallığını itirməyib: “Taras Şevçenko Ukraynanın işıqlı gələcəyinə inanırdı. Onun əsərləri Ukrayna xalqının qəlbində yaşayır”.
Azərbaycan-Ukrayna Konqresi idarə heyətinin sədri İqor Yakovenko qeyd edib ki, Taras Şevçenkonun ədəbi irsi müasir Ukrayna ədəbiyyatının təməl daşı hesab edilir.
Tədbirdə iştirak edən Ukrayna icmasının üzvləri böyük şairin şeirlərini söyləyib və Ukrayna xalq mahnılarını ifa ediblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar