Bahar bayramı Üzeyir Hacıbəylinin ən çox sevdiyi bayram idi. Təsadüfi deyil ki, dahi bəstəkarımız bahara musiqi həsr etmişdi.
Şahidlərin söylədiklərinə görə, Üzeyir bəyin yaşadığı evlə üzbəüz bina kimsəsiz uşaqlar evi idi. Hər il Novruz bayramında Üzeyir bəy şirniyyat, pal-paltar, dəftər-qələm aldıraraq bu uşaqlara göndərirmiş. Novruz günlərində dahi bəstəkarımızın evi müdam qonaq-qaralı olarmış.
Martın 18-də Üzeyir bəyin evində yenə qələbəlik idi. Burada bəstəkarın sevimli bayramı olan Novruz qeyd edilirdi. Binəqədi rayonu 102 saylı orta məktəbin kollektivi muzeyə qonaq gəlmişdi.
Tədbiri muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova açaraq qonaqları bayram münasibətilə təbrik etdi. Sonra iştirakçılar Üzeyir bəyin “Bahar nəğməsi” adlı musiqisini dinlədilər. Məktəbin şagirdləri - Bahar qızı, Kosa, Keçəl geyimlərində iştirakçılara şirniyyatlar payladılar. “Naz eləmə”, “Süleymani” və başqa Azərbaycan milli rəqsləri ifa olundu. Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən sənədli filmə tamaşa etdilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar