Ölkəmizin bu ilin may-noyabrında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək tədbirlər də diqqətə alınıb

Martın 19-dan 21-dək Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə rəhbər komitəsinin növbəti sessiyası keçirilib. Ölkəmizin Avropa Şurasının bu mötəbər qurumunda fəal mövqeyinin gücləndirilməsi məqsədilə sessiyada Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
İclasda komitənin yeni mandatı, 2014-2015-ci illər üçün prioritet layihələr müzakirə olunub. Müzakirələrdə Azərbaycanın cari ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək tədbirlər də xüsusi yer tutub.
Səfər zamanı Avropa Şurası rəsmiləri ilə görüşlər də keçirilib. Martın 19-da Avropa Şurasının baş qərargahında Novruz bayramı ilə bağlı mərasim təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar