Təşkilatın mənzil-iqamətgahında Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr edilmiş sərgi də açılacaq

Sentyabrın 15-də Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə - UNESCO-nun mənzil-iqamətgahında qədim sivilizasiya məkanı Qobustana həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin ibtidai icma dövründə yaşamış insanların həyatından bəhs edən “Qobustan kölgələri” baleti nümayiş olunacaq. Balet “Od”, “Günəş”, “Ov” və “Rəssam” adlı dörd hissədən ibarətdir.
Həmin gün 2007-ci ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr edilmiş sərginin rəsmi açılışı olacaq.
Sentyabrın 19-dək davam edəcək sərgidə eramızdan 20-30 min əvvəlki dövrə aid ilk qayaüstü təsvirlər, Qobustan mağaralarını əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar