Sentyabrın 10-da Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Milli Kitabxanadan verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəni əlaqələrdən, milli kitabxanaların əməkdaşlığından söhbət açılıb.
Səfir Həsən Hami Mərakeşin kitabxana fondlarında qədim Azərbaycan əlyazmalarının olduğunu diqqətə çatdırıb: “Azərbaycanda da müvafiq fondlarda ərəb əlyazmalarına rast gəlmək olar. Hər iki tərəf üçün bu ədəbiyyatlar maraq doğuracaq”.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da öz növbəsində kitabxana fondlarında mühafizə olunan ərəb ədəbiyyatının böyük maraq doğura biləcəyini vurğulayıb. O, müxtəlif vaxtlarda Milli Kitabxanada Mərakeşlə bağlı təşkil edilən tədbir və sərgilər barədə danışıb.
Görüşdə o da qeyd olunub ki, qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək məqsədilə bu ilin oktyabr-noyabr aylarında Bakıda iki ölkənin milli kitabxanaları arasında memorandumun imzalanması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar