Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində builki test və qabiliyyət imtahanlarında yüksək bal toplayaraq universitetin rejissor sənəti, aktyor sənəti, sənətşünaslıq, rəssamlıq, musiqi sənəti və kulturologiya fakültələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Elmi şura zalında universitetin professor-müəllim heyətinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva gənclərə rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək, onlara təhsildə, gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə xalq artistləri Canəli Əkbərov, Cənnət Səlimova, Ağakişi Kazımov, Yalçın Rzazadə, Bəsti Cəfərova, İlham Namiq Kamal, Azər Zeynalov, Xalq rəssamı Xanlar Əhmədov, prorektorlar Validə Məmmədova, Məryəm Əlizadə, Gülşən Əliyeva, Çingiz Bağırov, professor Aqşin Babayev, Əməkdar artist Ötkəm İsgəndərov, Aşıq Əhliman yüksək balla universitetə qəbul olmuş 35 gəncə tələbə bileti və xatirə hədiyyələri təqdim edib, xoş arzularını bildiriblər. Sonda xatirə fotosu çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar