30 sentyabr - 1 oktyabr tarixlərində Gəncə şəhərində III Beynəlxalq Şərab Festivalı keçirilib. İtaliya, Fransa, Gürcüstan və Moldovadan olan şərab istehsalçıları, şərabçılıq ittifaqları və assosiasiyaları nümayəndələrinin də iştirak etdiyi festivalda müxtəlif ölkələrin şərab nümunələri sərgilənib.
Azərbaycanın şərabçılıq mədəniyyətini nümayiş etdirən festivalda İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib.
Tədbirə qatılan Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Yuxarı Alzas Müluz Universitetinin prezidenti Kristin Qanqlaf Ziyeqler və başqaları çıxışlarında Gəncənin tərəqqisindən, böyük quruculuq işlərinin aparılmasından, dünya səviyyəli şəhərə çevrilməsindən söhbət açıblar.
Festival zamanı Gəncənin tarixi-memarlıq abidələrinin və digər görməli yerlərinin tanıdılması məqsədilə qonaqlar üçün ekskursiyalar təşkil edilib. Tədbirin ikinci günü iştirakçı ölkələrin, eləcə də Azərbaycanın şərab istehsalçıları müxtəlif çeşidli məhsullarını nümayiş etdiriblər. Şərab məhsullarının dequstasiyası aparılıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar