Oktyabrın 3-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Koreya Fondunun prezidenti Hyun-sok Yun ilə görüşüb.

Nazir müavini Koreya xalqının qədim mədəniyyətə malik olduğunu qeyd edərək, 1 oktyabr tarixində Akademik Opera və Balet Teatrında Azərbaycanda Koreya Festivalı çərçivəsində "Gamblerz Crew", "Animation Crew" rəqs qruplarının və "Soul" musiqi qrupunun təqdim etdiyi "Yüksəkliyə uçuş" adlı qala konsertindən zövq aldığını bildirib.
Öz növbəsində qonaq ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülə biləcək işlərin çox olduğunu vurğulayıb. Qonaq həmçinin Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda ilk dəfə iştirakını diqqətə çatdırıb və son illərdə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini deyib.
Nazir müavini Koreyanın mədəniyyət və turizm sahəsində irəli sürəcəyi təşəbbüslərin Azərbaycan tərəfindən müsbət qarşılanacağını vurğulayaraq iki ölkə arasında əlaqələrin inkişafında SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib.
Hyun-sok Yun Koreyada Azərbaycan, Azərbaycanda isə Koreya ilə bağlı müxtəlif mədəni tədbirlərin keçirilməsinin, iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.
Sevda Məmmədəliyeva 21-22 may 2015-ci il tarixində Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini qeyd edərək, Hyun-sok Yunu tədbirə dəvət edib.
Qonaq Azərbaycanın tolerantlıq məkanı kimi tanındığını və xalqımızın zəngin mədəniyyətinin şahidi olduğunu vurğulayıb, səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov iştirak edib.
* * *
Həmin gün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə də görüşüb. Söhbət zamanı təşkilat ilə əməkdaşlıq və gələcək perspektivlər müzakirə edilib. Nazir müavini Ə.Tüveycrini gələn ilin mayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanla əməkdaşlığın daim genişləndiyinin sevindirici hal olduğunu bildirərək ölkəmizə səfərləri zamanı sürətli inkişafın şahidi olduğunu vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar