Qurban bayramı birlik, bərabərlik, paylaşmaq üçün gözəl məqamdır. Azərbaycan Dövlət Musiqili Teatrı və Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivləri bu müqəddəs gün münasibətilə Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki Qocalar evində olublar.

Dövlət Musiqili Teatrının ədəbi dram hissə rəhbəri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, hər iki teatrın artist və solistlərinin bir qrupu və musiqiçilərin bayram ziyarəti Qocalar evi sakinlərinə duyğulu anlar bəxş edib.
Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov ahıllara çalışdığı kollektivin rəhbəri, Əməkdar artist Mübariz Həmidovun və Dövlət Musiqi Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bayram təbriklərini, xoş arzularını çatdırıb.
Sonra söz incəsənət ustalarına verilib. Musiqili Teatrın rəqqaslarının rəngarəng ifaları böyük maraqla qarşılanıb. Ahıllar da onlara qoşularaq birlikdə rəqs ediblər. Əməkdar artistlər Gülüstan Əliyeva, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, vokalçı Şaban Cəfərov, müğənni Könül Kərimova öz mahnıları ilə məclisə şuxluq gətiriblər. Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Əkbər Əliyev, aktyorlar Günel Məmmədova və Elnur Hüseynovun müxtəlif tamaşalardan təqdim etdikləri fraqmentlər qismətlərinə nisgil yazılmış insanların daxilindəki həyat eşqini, yaşamaq həvəsini bir qədər də artırıb.
Qocalar evinin direktoru Qətibə Əsədova qayğıya və diqqətə möhtac qalan bu insanlara belə müqəddəs gündə mənəvi dəstək göstərdiklərinə görə hər iki teatrın rəhbərlərinə və kollektivinə, müğənnilərə, ifaçılara, eləcə də bu xeyirxah təşəbbüsə qoşulan ayrı-ayrı insanlara minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar