Oktyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri İzətullah Zərğaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Nazir qonaqları salamlayaraq bildirdi ki, iki ölkə arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir: “Əminəm ki, münasibətlərimiz bundan sonra bu dinamika ilə davam edəcək. Hər iki ölkənin maraqlarını təmin edən məsələlər birlikdə müzakirə ediləcək”.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən İzətullah Zərğami bu səfərin İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın qurulmasına zəmin olacağını dedi. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, hər il televiziyada uşaqlar üçün ümumi xronometrajı 20 min dəqiqə olan animasiya filmləri və 400-ə yaxın bədii film istehsal edilir. Mədəniyyət və incəsənətin digər sahələrində görülən işlər haqqında fikirlərini bölüşən qonaq bu istiqamətdə əməkdaşlığın iki dost ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı.
İzətullah Zərğami İranda Azərbaycan dillində fəaliyyət göstərən televiziyalar haqqında da məlumat verərək qeyd etdi ki, incəsənət sahəsində verilişlər qəlbləri bir-birinə yaxınlaşdırır. İki dövlətin mədəniyyət sahəsində əməkdaşlığı da xalqlarımızın mənafeyinə uyğundur.
Nazir Əbülfəs Qarayev iki ölkənin mədəniyyətinin oxşarlığının tarixi kökləri olduğunu diqqətə çatdıraraq bildirdi ki, hər bir dövrün özü ilə gətirdiyi müsbət hallar olur və hər bir dövrün xalqların mədəniyyətinin, incəsənətinin inkişafında öz rolu var.
Görüş zamanı mədəniyyətin bir sıra sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar