Oktyabrın 14-də Milli Kitabxanada tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun elmi işçisi Sahibə Budaqovanın “Naxçıvan diyarının siyasi tarixi” kitabının təqdimatı oldu.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq nəşrin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, kitabda Naxçıvan xanlığının tarixi, xanlığın ərazisinin dəyişməsinə təsir edən siyasi hadisələr və s. əksini tapıb.
AMEA-nın müxbir üzvü Nərgiz Axundova kitab barədə ətraflı danışdı. Qeyd etdi ki, müəllif maraqlı məsələlərə toxunub. Kitabda bildirilir ki, Naxçıvan əsrlər boyu özünün təbii-coğrafi mövqeyi ilə seçilən qədim Azərbaycan torpağıdır. Bu diyar orta əsrlərdə Sacilər, Salarilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi kimi Azərbaycan dövlətlərinin tərkibində olub. Kitab Naxçıvan diyarının tarixi və coğrafiyasını əhatə edən sanballı bir monoqrafiyadır.
AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov da kitabın Naxçıvan xanlığının tarixinə dair dəyərli tədqiqat olduğunu bildirdi. Əsərdə Naxçıvan xanlığının inzibati-ərazi quruluşu, xanlığın əhalisi və onun əsas məşğuliyyət sahələri, Naxçıvan xanlığının şəhər həyatı kimi məsələlərə diqqət yetirilib.
Tarix elmləri doktorları İradə Bağırova, Şahin Fərzəli və başqaları Sahibə Budaqovanın kitabının əhəmiyyətini qeyd etdilər. Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar