Belçikanın paytaxtı Brüsseldə Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı keçirilib. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın idarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib. Tədbirdə Mətbuat Şurasının sədri qurumun fəaliyyət istiqamətləri, ötən bir il ərzində gördüyü işlər barədə məruzə edib, ölkəmizdə internet media sahəsində meyllərə diqqət yetirib.
30-dan çox ölkədən nümayəndələrin qatıldıqları toplantıda Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının özünütənzimləmə tədbirləri ətrafında müzakirələr aparılıb, alyansın strukturunun təkmilləşdirilməsi məsələlərinə toxunulub. Növbəti belə tədbirin Avstriyada təşkili qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar