Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində paytaxtımızda keçirilən “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” tədbiri başa çatıb. Oktyabrın 14-də “Four Seasons Baku” hotelində işə başlayan tədbirin ikinci günü növbəti sessiya keçirilib.

Sessiyada 2014-cü il üzrə işçi qrupunun təqdimatı olub. Təqdimat Avropa meyarlarının inkişaf etdirilməsi və onlar üzrə nümunələr, “Avropa irs günləri” portalı və Avropa meyarları, fotomüsabiqə, məlumat kolleksiyası, illik toplantı və konfranslar, dinləyicilərin inkişafı məsələlərini əhatə edib.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, müvafiq sahə üzrə milli əlaqələndirici Emil Səfərov Azərbaycan Respublikasında ötən iki il ərzində “Avropa irs günləri”nin qeyd edilməsi üzrə təqdimatla çıxış edib.
Milli əlaqələndirici bildirib ki, 2010-cu ildən ölkəmizdə «Avropa irs günləri» layihəsinin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən koordinasiya edilir. Son üç ildə bu layihə Azərbaycanda geniş şəkildə qeyd edilir və daha çox regional xarakter daşıyır. 2012-ci ildə bu münasibətlə keçirilən tədbirlər Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını, 2013-cü ildə isə Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edib. Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin birgə təşəbbüsü ilə 2013-cü ilin 28 sentyabrında regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ilk dərs saatı «Avropa irs günləri» layihəsinin təqdimatı və abidələrin qorunması mövzusuna həsr olunub. Ötən il üçün layihənin ən yaddaqalan tədbiri isə Şəki və Zaqatala rayonlarında Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin və tanınmış Avropa bəstəkarlarının musiqilərindən ibarət açıq havada ikihissəli konserti olub.
Ölkəmizdə «Avropa irs günləri» layihəsi üzrə görülmüş işlər böyük maraqla qarşılanıb.
“Avropa irs günləri: Bakı-2014” tədbirinin iştirakçıları oktyabrın 16-da ölkəmizin mədəni irs obyektləri ilə tanış olublar.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar