Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin sərgi qalereyasında Rusiya Etnoqrafiya Muzeyinin (Sankt-Peterburq) külliyyatından “Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək yolunun mirası” adlı sərgi açılıb.

Sərginin təşkilatçıları arasında Rusiya Etnoqrafiya Muzeyinin bərpa şöbəsinin müdiri Valentina Jeltova da vardı. Qonaq Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları üçün ustad dərsləri keçmək təklifini məmnuniyyətlə qəbul edib.
Mərkəzdə bərpaçıların işləri ilə yaxından tanış olan Valentina Jeltova həm Rusiyada, həm də ölkəmizdə eyni üslubda tarixi abidələrin bərpa və konservasiya işlərinin aparıldığını qeyd edib. O, Sankt-Peterburq şəhərinin muzeylərində aparılan müasir tələblərə uyğun yeni bərpa və konservasiya üsullarının tətbiq olunması barədə danışıb. Rusiyalı mütəxəssis mərkəzin əməkdaşlarının bərpa və konservasiya işlərinə aid suallarını cavablandırıb, onlara dəyərli tövsiyələr verib.
Mərkəzin bərpaçıları tərəfindən görülən işlərə yüksək qiymət verən Valentina Jeltova qurumun Rusiya Etnoqrafiya Muzeyinin bərpa şöbəsi ilə sıx əlaqə yaratmasını və təcrübə mübadiləsinin aparılmasını, birgə elmi-praktik konfrans və seminarların keçirilməsini tövsiyə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar