Oktyabrın 17-də Məmməd Səid Ordubadinin Bakıdakı xatirə muzeyində Müstəqillik Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir və sarsılmazdır” adlı tədbir keçirildi.
Tədbiri muzeyin direktoru Lalə Abaszadə açaraq müstəqillik tariximizdən, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışdı.
Muzeyin bələdçisi Nərmin Baxşıyeva mövzuya dair məruzə ilə çıxış etdi.
Bildirdi ki, 1918-ci ildə Azərbaycanda islam dünyasının ilk demokratik respublikası quruldu, lakin bu dövlətin ömrü qısa - cəmi 23 ay oldu. Sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respublikanın iqtisadiyyatı, elmi, mədəniyyəti inkişaf etmiş və müstəqillik üçün lazımi əsaslar yaranmışdır. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu. 1991-ci il oktyabrın 18-də respublikanın Ali Soveti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Müstəqillik illərində Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır.
Tədbirdə iştirak edən Nəsimi rayon 8 saylı orta məktəbin 7-ci sinif şagirdləri Müstəqillik Günü ilə bağlı şeirlər səsləndirdilər. Sonda məktəblilər muzeyin ekspozisiyası ilə tanış oldular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar