Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatı 2014-cü ili böyük qırğız şairi, bəstəkar və akını Toktoqul Satılqanovun 150 illik yubileyi şərəfinə “Toktoqul ili” elan edib. Bu münasibətlə bir sıra tədbirlər təşkil edilib. Oktyabrın 16-17-də Bişkekdə Toktoqulun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Tədbirdə Qırğızıstan Prezidenti Almazbek Atambayevin konfrans iştirakçılarına təbrik məktubu oxunub. Qırğızıstan baş nazirinin müavini Elvira Sariyeva 2014-cü ilin TÜRKSOY tərəfindən “Toktoqul ili” elan olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, əsərlərində qırğız xalqının sevinc və kədərini ifadə edən ədibin zəngin irsi bütün dünyada maraqla qarşılanır.
Beynəlxalq konfransda Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Ramiz Əsgər də çıxış edib. O, Toktoqul Satılqanovun sənət dünyasından, ölkələrimiz arasındakı ədəbi əlaqələrdən söz açıb. Azərbaycan alimi ədibin Azərbaycan dilinə çevirdiyi “Şeirə, nəğməyə çevrilən ömür” kitabını qırğız elmi-ədəbi ictimaiyyətinə təqdim edib. Bu sanballı töhfəyə görə Ramiz Əskər TÜRKSOY-un Toktoqul Satılqanovun 150 illiyi münasibətilə təsis etdiyi yubiley medalı ilə təltif edilib.
Konfrans çərçivəsində şairin vətəni Kətmən-Töbödə də festival təşkil olunub. Qırğızıstan hökuməti şairin sənətinin təbliğinə və tədrisinə görə Ramiz Əskəri Beynəlxalq Toktoqul Fondunun təsis etdiyi yubiley medalı ilə mükafatlandırıb.
Yubiley mərasimində qırğız alimi, professor Gülzura Cumakunovanın “Toktoqul” kitabının təqdimatı keçirilib. Kitab türk, Azərbaycan, qazax, özbək və türkmən dillərinə tərcümə olunaraq nəşr edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar