Bakıda beynəlxalq elmi konfrans

Oktyabrın 30-da Qərb Universitetində “Ədəbiyyat incəsənət növlərinin qarşılıqlı inikası kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Universitetin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil etdiyi tədbirə ölkəmizin alimləri ilə yanaşı, Yaponiya, Rusiya, ABŞ, Kanada və İrandan tədqiqatçılar qatılmışdı.
Universitetin rektoru, professor Zemfira Məmmədova iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı. Rektor tədris ocağı barədə qonaqlara məlumat verdi. Bildirdi ki, 1991-ci ildə yaranan və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş ilk özəl ali məktəb olan Qərb Universitetində geniş çeşiddə ixtisaslar tədris olunur. Universitet İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, UNESCO nəzdində Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.
Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova da çıxışında belə konfransları elmin inkişafı baxımından yüksək qiymətləndirdi. Bildirdi ki, Təhsil Nazirliyinin xətti ilə ildə 90-dək elmi konfrans keçirilir və onların təxminən üçdə biri beynəlxalq statuslu olur.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Qərb Universitetinin kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova qeyd etdi ki, beynəlxalq konfrans ədəbiyyat, musiqi və digər incəsənət növlərinin qarşılıqlı əlaqəsi sahəsində fənlərarası tədqiqatlara həsr olunub.
Sonra Muzeyin Qədim Musiqi Alətləri Ansamblının çıxışı dinlənildi.
Konfrans işini “Ədəbiyyat və musiqi”, “Azərbaycan mədəniyyətində musiqi və ədəbiyyatın qarşılıqlı əlaqələri”, “İncəsənət və ədəbiyyatın təfsiri problemləri” və “İncəsənət növlərinin ümumiliyi” mövzusunda bölmə iclasları ilə davam etdirdi. İclaslarda “Ədəbiyyat və musiqinin qarşılıqlı əlaqələri təhlil obyekti kimi”, “Orta əsr İran əlyazmalarında musiqi alətləri”, “Şur” dəstgahı və instrumental muğamında əruz vəzni” və digər mövzularda məruzələr dinlənildi və müzakirələr aparıldı.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar