Oktyabrın 29-da Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Maher Naserlə görüş keçirilib.

MŞ-nın sədri Əflatun Amaşov qonağa qurumun fəaliyyət istiqamətləri, Azərbaycanda medianın durumu barədə geniş məlumat verib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurasının postsovet məkanında medianın özünütənzimləməsi işini həyata keçirən ilk təşkilatlardan olduğu diqqətə çatdırılıb: “Çalışırıq ki, jurnalistlərin tam sərbəst informasiya almaları təmin olunsun. Bununla yanaşı, jurnalist peşəkarlığı da bizim üçün önəmlidir. Bu sahədə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq edirik», - deyə Ə.Amaşov bildirib.
BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda iştirak məqsədilə Bakıya gəldiyini qeyd edərək rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ idarə heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər Azərbaycan-BMT münasibətlərində media sahəsində əlaqələrin önəmini vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar