Noyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (AzTM) fəaliyyəti, gördüyü işlərlə bağlı mətbuat konfransı keçirildi.

Əvvəlcə Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, mərkəz Prezident İlham Əliyevin 23 may 2012-ci il tarixli sərəncamı ilə yaradılıb.
Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşməsi işinə nəzarəti həyata keçirən orqandır. Mərkəzdə rəsmi yazışmalar, elm, təhsil və mədəniyyət, beynəlxalq əlaqələr və nəşriyyat şöbələri fəaliyyət göstərir. Mərkəzin gələcək fəaliyyətində bədii, elmi-kütləvi və rəsmi tərcümələrlə bağlı bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəzin aparat rəhbəri Yaşar Əliyev qurumun tarixindən, gələcək planlarından söz açdı. Bildirdi ki, Respublika Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 1989-cu ildə sovet və dünya xalqları ədəbiyyatının ən yaxşı nümunələrini SSRİ və xarici ölkə xalqlarının dillərinə çevirib nəşr etmək məqsədi ilə yaradılıb. Ötən müddətdə dünya ədəbiyyatının bir çox tanınmış simalarının əsərləri ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək “Xəzər” dünya ədəbiyyatı jurnalında və “Yol” tərcümə ədəbiyyatı bülletenində dərc olunub. 2014-cü ilin avqustundan qurum Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi kimi fəaliyyətini davam etdirir.
Tədbirdə Tərcümə Mərkəzinin rəsmi saytı (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti saytının (aydinyol.az) təqdimatı oldu. Mərkəz tərəfindən “Dəfinə yarpağı” adlı bədii tərcümə mükafatının təsis olunduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, mükafat üzrə müsabiqə nəsr və poeziya üzrə iki ildən bir keçiriləcək. Mərkəzin yeni nəşrləri çapa hazırlanır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar