ADMİU-da elmi-praktik konfrans

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda ADMİU-nun professor və müəllim heyəti ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Dövlət Universitetinin, Turizm İnstitutunun nümayəndələri, muzey direktorları, eləcə də magistr və doktorantlar iştirak edib.
Tədbiri universitetin rektoru, professor Fərəh Əliyeva açaraq son zamanlar ölkəmizdə dünya standartlarına cavab verən, yeni texnologiyalarla təchiz olunan muzeylərin yaradıldığını, bu sahədə yüksək ixtisaslı müasir kadrlara ehtiyac olduğunu vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyi Muzey sektorunun müdiri Azadə Hüseynova “Azərbaycanda muzeyşünaslığın inkişafı - tələb və vəzifələr”, Azərbaycan Xalça Muzeyinin direktoru, professor Röya Tağıyeva “Muzey praktikası, muzey təhsili, muzeyşünaslıq: əlaqələr və ikili münasibətlər”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, dosent Alla Bayramova “Müasir muzey işçisinin formalaşmasında ümumi dünyagörüşü və mədəni inkişaf əsas keyfiyyətlərdən biri kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
ADMİU-nun muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elvira Məlikova, sənətşünaslıq doktoru Səltənət Tağıyeva, Gürcüstanın İlia Universitetinin professoru Levan Xetaquri, BDU-nun gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmira Kazımova, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov və digər çıxış edənlər muzeyşünaslıq sahəsində aparılan elmi-tədqiqat işlərinin məzmunu, müasir muzey konsepsiyasında innovativlik, universallıq kimi məsələlərə toxunublar.
Konfransın sonunda muzeyşünaslıq təhsili ilə bağlı problemlərin həlli, mütəxəssis hazırlığı, tələbələrdə muzeyşünaslığa marağın yaradılması və s. məsələlərlə bağlı təkliflər irəli sürülüb.

“Bolonya sisteminin incəsənət ixtisaslarının tədrisində tətbiqi”

30 oktyabr-3 noyabr tarixlərində Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyəti və idarəetmə strukturunda çalışanlar üçün “Bolonya sisteminin incəsənət ixtisaslarının tədrisində tətbiqi” mövzusunda təlim məşğələləri təşkil olunub. Məşğələlərdə tanınmış ekspert, Gürcüstan İlia Universitetinin professoru, elmlər doktoru, İncəsənət üzrə Tədqiqatlar İnstitutunun direktoru Levan Xetaquri çıxış edib. Teatr və muzey sahələri üzrə tədris və təcrübənin vəhdətinə dair fikir mübadiləsi aparılıb.
Noyabrın 3-də universitetdə yeni dərs ilindən təşkil edilən “Ustad dərsləri” layihəsi çərçivəsində gürcüstanlı professor teatrşünas, rejissor, aktyorluq fakültələrinin tələbələri üçün “Müasir teatr və özünü ifadə üçün yeni dil” mövzusunda dərs keçib. Ustad dərsində teatrın yaranması, tarixi, XX əsrdə teatr, yeni aktyorların hazırlanması, teatrın müxtəlif cərəyanlarda keçdiyi inkişaf yolu və s. barədə söz açılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar