Noyabrın 7-də Polşanın Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən Andjey Kneifel Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağa rəhbərlik etdiyi qurum barədə məlumat verib.

Qeyd olunub ki, Tərcümə Mərkəzinin nəşr etdiyi kitablar arasında Polşa ədəbiyyatı nümunələri - Nobel mükafatı laureatları Çeslav Miloşun, Vislava Şimborskanın, digər yazıçı və şairlərin Azərbaycan dilinə çevrilmiş əsərləri də var. Görüşdə iki ölkə arasında ədəbi əlaqələrin daha peşəkar müstəvidə qurulması, Azərbaycanın ədəbi, elmi irsinin mükəmməl şəkildə polyak dilinə tərcüməsi və Polşada nəşri barədə söhbət açılıb.
Andjey Kneifel ədəbiyyatlararası mübadilənin xalqlar arasında münasibətlərin möhkəmlənməsində rolundan, iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb. Diplomat Polşa ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsi istiqamətində mərkəzlə ölkəsinin əlaqədar qurum və təşkilatları arasında səmərəli işbirliyinin qurulacağına əminliyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar