Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliyinin Sarja şəhərində İSESCO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının İmplementasiyası üzrə Məşvərət Şurasının 13-cü toplantısı keçirilib.

Toplantıda müsəlman dünyasında mədəni vasitəçilik rolunun təşviqi üçün Fəaliyyət Planı müzakirə edilib, Nizva şəhərinin 2015-ci ildə “İslam mədəniyyətinin paytaxtı” seçilməsi münasibətilə Oman Sultanlığında keçiriləcək mədəniyyət nazirlərinin konfransının gündəliyinin layihəsi nəzərdən keçirilib.
İclasda 2015-ci ilin may ayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və İSESCO-nun tərəfdaşlığı məsələləri müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə toplantıda çıxış edərək Bakı Forumunun prioritetlərini və mədəniyyətlərarası dialoqla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi”ni təqdim edib. İclasda qərara alınıb ki, Forum çərçivəsində İSESCO ilə birlikdə mədəni hüquqların dialoqun təminatında rolu, İslam mədəniyyəti paytaxtlarının birgə təqdimat sessiyaları, həmçinin İslam ölkələri mədəniyyət nazirlərinin konfransına hazırlıqla bağlı Məşvərət Şurasının növbəti iclası keçirilsin.
Vasif Eyvazzadə səfər çərçivəsində İSESCO, Səudiyyə Ərəbistanı, Oman, Tunis, İndoneziya, Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar